close
Məzmuna keç

Keniçi Fukui

Vikipediya, azad ensiklopediya
(Keniti Fukui səhifəsindən istiqamətləndirilmişdir)
Keniçi Fukui
福井 謙
BERJAYA
Doğum tarixi 4 oktyabr 1918(1918-10-04)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 yanvar 1998(1998-01-09)[1][2][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi xərçəng xəstəliyi[5]
Vətəndaşlığı Yaponiya Yaponiya
Elm sahəsi kimyaçı
Elmi dərəcəsi
İş yerləri
Təhsili
Tanınır Kimyəvi reaksiya nəzəriyyəsi, Stereokimya
Üzvlüyü
Mükafatları 1-ci dərəcəli "Doğan günəş" ordeni "Mədəniyyət" ordeni — 1981
Kimya üzrə "Nobel" mükafatı — 1981
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Keniçi Fukui (福井 謙一; 4 oktyabr 1918[1][2][…], Nara, Kansay[3]9 yanvar 1998[1][2][…], Kioto[4]) — Yapon kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1981).[10]

Yaponiya kimyaçısı Keniçi Fukui 4 oktyabr, 1918-ci ildə Yaponiyanın Nara prefekturasında anadan olmuşdu. Kioto imperator universitetində sənaye kimyası kafedrasında oxumuş və 1941-ci ildə bitirmişdir. Əvvəlcə Yaponiya imperator ordusu üçün yanacaq istehsal edən zavodda işləmişdir. Onun akademik karyerası 1943-cü ildə Kioto imperator universitetində yanacaq kimyası kafedrasında başlamışdır və 1952-ci ildə həmin universitetin professoru olmuşdur.[11]

Keniçi Fukui 1982-ci ildə Kioto universitetinin əməkdar professoru olmuşdur. 1982–1988-ci illərdə Kioto texnaloji institutunun rektoru olmuşdur.

1988-ci ildən ölümünə qədər Fundamental kimya institutunun (institut yarandığı gündən) direktoru olmuşdur.

Onun tədqiqatları kvant kimyasına həsr olunub. 1952-ci ildə sərhəd orbitalları nəzəriyyəsinin əsasını qoyub. Benzol və naftalində karbon atomlarının sərhəd π-elektronlarının sıxlığını hesablayıb və göstərib ki, onların qiyməti və paylanması molekulun reaksiya qabiliyyətini müəyyən edir. 1954–1957-vi illərdə aralıq vəziyyətin formalaşması haqqında təsəvvürləri inkişaf etdirib.[12]

1960–1962-ci illərdə sərhəd orbitalları nəzəriyyəsini alifatik karbohidrogenlərin σ-elektronlarının sıxlığını, onların dissosiasiyası enerjisini, alifatik ionların və radikalların davamlılığının miqdarı xarakteristikasını hesablamaq üçün istifadə etmişdir. 1970-ci ildə çoxmərkəzli aktivləşdirilmiş komplekslərlə reaksiyalara tətbiqdə sərhəd molekulyar orbitallar nəzəriyyəsini inkişaf etdirmişdir.

1981-ci ildə "Kimyəvi reaksiyaların getməsi nəzəriyyəsini işləyib hazırladığına görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.[13] Fukuini Yaponiyada təhsilin keyfiyyəti çox narahat edirdi.

Kimya üzrə Yaponiyada Nobel mükafatı lauretı olan Fukui belə növ məsələlərdə çox böyük məsuliyyət hiss edirdi. Fukui vəfat edərkən 1973-cü ildə fizika üzrə Nobel mükafatı almış Leo Esaki (hazırda Sukub universitetinin rektoru) demişdi: "Yaponiya yaxşı keyfiyyətli alim tədqiqatçılar yetişdirməlidir ki, onlar çoxlu Nobel mükafatları alsınlar və onda Fukuinin ruhu dünyada rahat olacaq" (Ashah Evenning News, January 10, 1998).

Keniçi Fukui 1983-cü ildən Yaponiya EA-nın üzvü idi.

Keniçi Fukui 9 yanvar 1998-ci ildə vəfat edib.

  • K., Fukui. Theor. Chem. Accts. Cornell University Press. 1999.
  • R. B., Woodward. The conservation of orbital symmetry. New York: Academic Press. 1969.
  • H., Yukawa. Introduction to particle physics. Tokyo: Iwanami. 1948.
  • H., Yukawa. Introduction to quantum mechanics. Tokyo: Khobundo. 1946.
  • R. S., Mulliken. J. Am. Chem. Soc. , 74. 1952.
  • R. G., Parr. J. Am. Chem. Soc. , 106. 1984.
  • I., Fleming. Frontier orbitals and organic chemical reactions. Chichester: Wiley. 1976.
  • R. H., Fowler. Statistical mechanics. Cambridge University Press. 1936.
  • L. P., Hammlet. Physical organic chemistry. New-York: McGraw-Hill. 1940.
  • K. N., Houk. J. Am. Chem. Soc., 95. 1973.
  1. 1 2 3 4 Fukui Kenichi // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Kenichi Fukui // Brockhaus Enzyklopädie (alm.). F.A. Brockhaus, 1796.
  3. 1 2 Kenichi Fukui. 4 October 1918-9 January 1998.
  4. 1 2 Deutsche Nationalbibliothek Record #172090369 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
  5. A.D. Buckingham, Nakatsuji H. Kenichi Fukui. 4 October 1918 -- 9 January 1998: Elected F.R.S. 1989 (ing.). // Biogr. Mem. Fellows R. Soc. / J. T. Stuart The Royal Society, 2001. Vol. 47, Iss. 0. P. 223–237. ISSN 0080-4606; 1748-8494 doi:10.1098/RSBM.2001.0013
  6. Deceased Members: A-G | The Japan Academy.
  7. www.pas.va (ing.).
  8. Kenichi Fukui | American Academy of Arts and Sciences.
  9. Kenichi Fukui – NAS.
  10. Buckingham, A. D.; Nakatsuji, H. "Kenichi Fukui. 4 October 1918 -- 9 January 1998: Elected F.R.S. 1989". Biographical Memoirs of Fellows of the Royal Society. 47. 2001: 223. doi:10.1098/rsbm.2001.0013.
  11. T. Yonezawa. A molecular orbital theory of reactivity in aromatic hydrocarbons. — 1952.
  12. K. Fukui. Recognition of stereochemical paths by orbital interaction. — Accts Chem., 1971.
  13. "Arxivlənmiş surət". 12 dekabr 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2015.