Con Kornfort
| Con Kornfort | |
|---|---|
| ing. John Warcup 'Kappa' Cornforth | |
| | |
| Doğum tarixi | 7 sentyabr 1917[1][2][…] |
| Doğum yeri | |
| Vəfat tarixi | 8 dekabr 2013[1][2][…] (96 yaşında) |
| Vəfat yeri | |
| Elm sahəsi | üzvi kimya |
| İş yerləri | |
| Təhsili |
|
| Üzvlüyü | |
| Mükafatları |
|
Con Kornfort(ing. Sir John Warcup 'Kappa' Cornforth; 7 sentyabr 1917[1][2][…], Sidney[3] – 8 dekabr 2013[1][2][…], Brayton, Cənub-Şərqi İngiltərə[d]) — Avstraliya kimyaçısı, Kimya üzrə Nobel mükafatı laureatı (1975).
Həyatı
[redaktə | vikimətni redaktə et]Con Kornfort 1917-ci ilin sentyabrın 7-də Avstraliyada Sidney şəhərində anadan olmuşdur. Sidney və Oksford (1939-cu ildən) universitetlərində oxumuşdur. İkinci Dünya müharibəsi zamanı R. Robinsonun rəhbərliyi ilə penisillinin quruluşunu aydınlaşdırmaq üzrə İngilis-Amerika proqramında iştirak etmişdir. 1946–1962-ci illərdə tibbi tədqiqatlar üzrə şurada (Böyük Britaniya) işləmiş, 1962–1975-ci illərdə "Şell" firmasının kimyəvi enzimologiya laboratoriyasının direktoru, 1975-ci ildən Sussek Universitetinin professoru olmuşdur. Əsas elmi işləri stereokimya və bioüzvi kimyaya aiddir. 1951-ci ildə qeyri aromatik steroidin ilk total sintezini həyata keçirmişdir. Xoles terinin biosintezinin mexanizmini aydın laşdırmışdır. Bu işin gedişində "nişanlanmış sələf" üsulunun inkişafına fundamental xidmət göstərmişdir.
Con Kornfort 1959-cu ildə uyğun xlorhidrinlərdən sis və ya trans olefinlərin stereospesifik sintezini kəşf etmişdir. Bu sintezdə xlorhidrinlər epoksidlərə çevrilir, epoksid hidrogen yodid ilə parçalanır və alınan yodhidrinlər piridində fosforoksixlorid və qalay xloridin qarışığı ilə reduksiya olunur.
Kornfort ilk dəfə olaraq N-asetilneyramin turşusunu, o-oksazolu sintez etmişdir. 1975-ci ildə "Fermentativ kataliz reaksiyalarının stereokimyası üzrə işlərinə görə" kimya üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Sir John Cornforth // Encyclopædia Britannica (ing.).
- 1 2 3 4 Sir J.W. (John) Cornforth jr. // KNAW Past Members (ing.).
- 1 2 Корнфорт Джон Уоркап // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ http://sydney.edu.au/science/chemistry/about-us/nobel-laureate-sir-john-cornforth.shtml.
- ↑ http://sydney.edu.au/science/chemistry/news-events/articles/2017/sir-john-cornforth-100-years.shtml.
- ↑ John Cornforth – NAS.
- ↑ John Warcup Cornforth | American Academy of Arts and Sciences.
- ↑ Academy of Europe: Cornforth John.
- 7 sentyabrda doğulanlar
- 1917-ci ildə doğulanlar
- Sidneydə doğulanlar
- 8 dekabrda vəfat edənlər
- 2013-cü ildə vəfat edənlər
- 96 yaşında vəfat edənlər
- Şərqi Susseks qraflığında vəfat edənlər
- Sidney Universitetinin məzunları
- Oksford Universitetinin məzunları
- London Kral Cəmiyyətinin üzvləri
- ABŞ Milli Elmlər Akademiyasının üzvləri
- Amerika İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Niderland Kral İncəsənət və Elmlər Akademiyasının üzvləri
- Avropa Akademiyasının üzvləri
- Əlifba sırasına görə Nobel mükafatı laureatları
- Əlifba sırasına görə alimlər
- Avstraliya kimyaçıları
- Kimya üzrə Nobel mükafatı laureatları
- Birləşmiş Krallıq uzunömürlüləri
- "Britaniya imperiyası" ordeni komandorları
