Qiqanotozavr
| Qiqanotozavr | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||
| Elmi təsnifat | ||||||||
|
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Qiqanotozavr |
||||||||
| Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
| ||||||||
Qiqanotozavr — təbaşir dövrünün sonlarında, senoman mərhələsində, təqribi 100-97 milyon il əvvəl mezozoik erada yaşamış böyük teropod dinozavr cinsi[2][3]. Qiqanotozavr yaşamış ət ilə qidalanan ən böyük dinozavrlardan biridir.
Tipin adı və yeganə məlum növü olan Giganotosaurus carolinii 1993-cü ildə həvəskər fosil kolleksioneri Ruven D. Karolini tərəfindən Argentinanın Pataqoniya bölgəsində kəşf edilmişdir[4]. Tapılan fosil tam skeletin 70%-ni (kəllə, ayaqlar, onurğa və s.) təşkil edir[5]. 1994-cü ildə isə tapılmış fosil paleontoloqlar Rodolfo Koria və Leonardo Salqodaya tərəfindən elmi dünyasına təqdim olunur. Orijinal fosil Argentinada Neuquen şəhərində Karmen Funes Muzeyində saxlanılır.
Qiqanotozavrın istiqanlıya yaxın olduğu — məməli ilə sürünən arası bir metabolizmə (mezotermik metabolizm) sahib olduğu güman edilir. Bu cür quruluş bədənin sürətli inkişafına kömək edir.
Təsviri
[redaktə | vikimətni redaktə et]Yaşamış ən böyük teropodlardan olan qiqanotozavrın təqribi ağırlığı ortalama olaraq 7-8 tona, uzunluğu isə 12-13, hündürlüyü isə 7 metrə çatırdı. Ancaq bəzilərinin bundan daha böyük ölçülərə sahib ola biləcəyi istisna edilmir. Tam qalıqların natamamlığı dəqiq ölçü deməyi çətinləşdirir.
Qiqanotozavr böyük başa və 20 sm uzunluqda iti dişlərə malik idi. Baş bədənə güclü boyun ilə birləşirdi. Ətraflarının hərəsində 3 barmaq var və barmaqlarının ucunda caynaqlar yerləşir. Yuxarı ətrafları (əlləri) qısadır.
Uzun quyruğu hərəkət zamanı (qaçış, sərt şəkildə istiqamət dəyişmə və s.) müvazinətini tənzimləyir[6].
Bədən quruluşundan (iti pəncə və dişlər, inkişaf etmiş ayaqlar və s.) məlum olur ki, qiqanotozavr ət ilə qidalanan ovçu dinozavr idi[7]. Leş ilə qidalanması da istisna edilmir. Qiqanotozavr tirannozavrdan azca daha böyük ölçülərə sahibdir[8]. Qiqanotozavr görünüş və ölçü baxımından tirannozavra bənzəsə də, yaşadıqları materiklər və zamanlar fərqlidir. Belə ki, qiqanotozavr tirannozavrdan təqribi 30 milyon il əvvəl Cənubi Amerikada, tirannozavr isə Şimal Amerikada yaşayıb. Bundan əlavə olaraq, qiqanotozavrın dişləri funksional olaraq əti dilimləmək ünü daha əlverişli idi, daha uzun ayaqlara və daha böyük ağız genişliyinə sahib idi[9]. Qiqanotozavrın dişləmə gücününü tirannozavrın dişləmə qüvvəsindən daha zəif olduğu düşünülür. Belə ki, tirannozavrdan çənələri sümük qırmaq və əzmək üçün adaptasiya olmuşkən, qiqanotazavrın çənələri əti parçalamaq və ovu dişləyərək yerə sərmək üçün təkamül edib[10][11]. Ovun şiddətli qanitirmə nəticəsində öldüyü güman edilir.
Qiqanotozavrın kəllə sümüyündən formasından iybilmə bölgələrinin inkişaf etdiyi görünür və bu hal onun yaxşı iybilmə bacarığı olduğu düşünməyə əsas verir[12]. Bununla belə qiqanotozavr təqribi banan forma və ölçüsündə olan beyni ilə yaxın qohum dinozavr növlərindən geridə qalır[13].
Ölçüləri səbəbindən qida zəncirinin təpəsində idi və heç bir təbii ovçusu mövcud deyildi.
Sinifləndirilməsi
[redaktə | vikimətni redaktə et]Etimologiya
[redaktə | vikimətni redaktə et]Cins adındakı qiqa (giga) latınca böyük, noto (notos) antik yunanca cənub, zavr isə (sauros) antik yunanca kərtənkələ deməkdir. Hərfi tərcümədə nəhəng cənub kərkənkələsi mənasını verir. Növ adı isə (carolinii) fosil qalıntıların kəşf edən Ruben D. Caroliniyə görə verilmişdir.
Müasir populyar mədəniyyətdə
[redaktə | vikimətni redaktə et]Qiqanotozavr müasir populyar mədəniyyətdə filmlərdə və videooyunlarda istifadə olunan fiqurdur. Məsələn:
- Transformer dünyasında Maqmatron bənövşəyi qiqanotozavr formasını alır[14];
- Məşhur video-oyunlarda - Yura dünyası: Təkamül (Jurassic World: Evolution - 2018), Yura dünyası: Təkamül 2 (Jurassic World: Evolution 2 - 2021) və Yura dünyası: Təkamül 3 (Jurassic World: Evolution - 2025) qiqanotavazrın görüntüləri yer alır;
- Yapon animasiya filmi "Sən Umasousan"da fləşbek səhnəsində qiqanotozavr görünür;
- Buz dövrü: Dinozavrların şəfəqi (2009) animasiyasında (ing. Ice Age: Dawn of the DinosaursIce Age: Dawn of the Dinosaurs) qiqanotozavr skeleti görünür.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Coria R. A., Salgado L. A new giant carnivorous dinosaur from the Cretaceous of Patagonia (ing.). // Nature / M. Skipper NPG, Springer Science+Business Media, 1995. Vol. 377, Iss. 6546. P. 224–226. ISSN 1476-4687; 0028-0836 doi:10.1038/377224A0
- ↑ https://www.britannica.com - Giganotosaurus. İstifadə tarixi: 31 yanvar 2026.
- ↑ Facts About Giganotosaurus. İstifadə tarixi: 16 fevral 2026.
- ↑ https://www.jurassicworldevolution.com - Giganotosaurus. İstifadə tarixi: 31 yanvar 2026.
- ↑ Giganotosaurus. 19 fevral 2026.
- ↑ Giganotosaurus - "Giant Southern Reptile". İstifadə tarixi: 16 fevral 2026.
- ↑ Giganotosaurus. İstifadə tarixi: 14 fevral 2026.
- ↑ Giganotosaurus: Facts About the 'Giant Southern Lizard'. Arxiv surəti 19 noyabr 2012 tarixindən Wayback Machine saytında İstifadə tarixi: 14 fevral 2026.
- ↑ Giganotosaurus: Cretaceous Terror Of Argentina. İstifadə tarixi: 15 fevral 2026.
- ↑ Giganotosaurus. İstifadə tarixi: 20 fevral 2026.
- ↑ Giganotosaurus vs. T. rex: Who would win in a battle of the big dinosaurs? 21 fevral 2026.
- ↑ Giganotosaurus. İstifadə tarixi: 15 fevral 2026.
- ↑ Giganotosaurus, the Giant Southern Lizard. İstifadə tarixi: 17 fevral 2026.
- ↑ Giganotosaurus. İstifadə tarixi: 17 fevral 2026.
