close
Məzmuna keç

Bayrami təriqəti

Vikipediya, azad ensiklopediya
(Bayramilik səhifəsindən istiqamətləndirilmişdir)

İslam
BERJAYA
İslam tarixi

İmanın şərtləri

Tövhid Mələklər
Kitablar Peyğəmbərlər
Məad Axirət
Qəza ve Taleh

İslamın beş şərti

Kəlmeyi-şəhadət Namaz
Oruc Həcc
Zəkat

Etiqad məzhəbləri
Əşərilər Matüridilər Qədərilər (Mötəzililər) Cəbrilər Mürcilər Cəhmiyyə Müşəbbihilər Sələfilər
Fiqh məzhəbləri
Sünnilər:
Hənəfilər Malikilər Şafiilər Hənbəlilər
Yox olmuş məzhəblər:
Zahirilər Auzailər Leysilər Səvrilər Cəririlər

Şiələr:
İmamilər (Cəfərilər (Əxbarilər Üsulilər Şeyxilər) Ələvilər Ənsarilər Qızılbaşlar) Zeydilər
İsmaililər (Qərmətilər Xaşxaşilər Fəthilər Xəttabilər) Vaqifiyyə Rafizilər (Batinilər) Qeysanilər Xürrəmilər Baziğiyyə Qurabiyyə
Xaricilər:
Mühakkimə Əcrədilər (Meymunilər Səələbilər) Əzraqilər Bəyhəsilər İbadilər Nəcdatilər Süfrilər

Həmçinin bax

Sufilər Yəsəvilik Nəqşibəndilik Sührəvərdilik Xəlvətilik Səfəvilik Bayramilik Bəktaşilik Cəlvətilik Cərrahilik Çiştiyyə Ehqaqiyə Gülşənilik Hürufilik Kübravilik Məlamətilik Mövləvilik Nemətullahiyyə Nöqtəvilik Qələndərilik Qadiriyyə Rahmaniyyə Rifailik Rövşənilər Sənusilər Şaziliyyə Zahidiyyə Nüseyrilər Druzlar İslam fəlsəfəsi

Bayramilik və ya Bayramiyyə (ərəb. الطريقة البيرامية) — Sufi İslam təriqətidir.

Təriqətin banisi Hacı Bayram Vəli (vəfatı: 1429-cu il) Ankara şəhərinin yaxınlığındakı Zülfədl kəndində dünyaya gəlmişdir. Dini elmlərlə yiyələndikdən sonra mədrəsədə müəllimlik etmişdir. Lakin sonralar tədrisdən ayrılaraq məşhur sufi Əbu Hamidəd-Din Ağsarayinin (vəfatı: 1412-ci il) başçılığı altında təsəvvüf yoluna qədəm qoymuşdur. Onun ölümündən sonra Hacı Bayram Ankarada təkyə (dərgah) yaradaraq dövrünün ən hörmətli və nüfuzlu sufi şeyxlərindən birinə çevrilmişdir. Sultan II Muradın dəvəti ilə o, Ədirnəyə (Adrianopola) gələrək, burada məşhur dövlət və elm xadimləri ilə tanış olmuş, nüfuzu daha da artmışdır.

Hacı Bayram Vəlinin davamçısı (xəlifəsi) Ağ Şəmsəd-Din İstanbulu fəth etmiş böyük sultan II Mehmət Fatihin müəllimi olmuşdur. Bundan başqa Yazıcıoğlu Mehmet, Əhməd Bican, Ağbıyıq Sultan, Dədə Ömər Sikkini kimi tanınmış sufilər də onun xəlifələrindəndirlər. Tədqiqatçılar hesab edirlər ki, öz mənəvi varisliklərini göstərən silsilələrə və metodologiyalarına görə Bayrami təriqətinin üsulları NəqşibəndiliyinXəlvətiliyin üsullarını təkrarlayır və özündə birləşdirir.

Bayramilərin dünyagörüşü bir çox hallarda İbn Ərəbinin dünyagörüşünə yaxındır. Öz mərasimlərində onlar çox vaxt ucadan deyilən cəhri, bəzən isə pıçıltı ilə deyilən xəfi zikrlərdən istifadə edirlər. Bayramilərin əsas doktrinaları "cəzbə, sevgi və ilahi sirr"dir. Bu təriqətin yazılı ədəbiyyatını əsasən Ağ Şəmsəddin qələmə almışdır. Hacı Bayram Vəlidən isə heç bir əsər qalmamışdır.

Bu təriqət AnadoludaBalkan yarımadasında yayılmışdır. Mənsubları çox da hündür olmayan ağ mahuddan tikilmiş altıguşəli papaq geyinirmişlər.

Bayramilər təriqətinin üç əsas qolu vardır:

  1. Ağ Şəmsəd-Dinə aid edilən Şəmsiyyə (Dövrümüzdə məhz bu qol klassik bayramilik hesab edilir);
  2. Dədə Ömər Sikkiniyə aid edilən Məlamiyə;
  3. Ağbıyığa aid edilən Cəlvətiyyə.

Cəlvətiyyə daha sonralar müstəqil sufi təriqətinə çevrilmişdir. Osmanlı imperiyasında bu təriqətin inkişafı zəmanəsinin ən savadlı və mömin insanlarından olmuş Əziz Mahmud Hüdainin (vəfatı: 1628-ci il) adı ilə bağlıdır. O, otuzdan artıq əsərin müəllifi olmuş və minlərlə tələbə yetişdirmişdir. Cəlvətiyyənin daha sonrakı inkişafında İsmail Həqqi Bursalı (vəfatı: 1724-cü il) da çox işlər görmüşdür.

  • Müəllif: Aydın Əlizadə — "Cəmiyyət və Din" qəzeti