Novruz Qurbanov
| Novruz Qurbanov | |
|---|---|
| Novruz Əliyullah oğlu Qurbanov | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Göycəli (Yuxarı Göycəli), Ağstafa rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Bakı, Azərbaycan |
| Vəfat səbəbi | şəhid |
| Dəfn yeri | Göycəli, Ağstafa rayonu |
| Vətəndaşlığı |
|
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti |
|
| Qoşun növü | Quru qoşunları |
| Xidmət illəri | 1993–1995 |
| Rütbəsi | |
| Döyüşlər |
Birinci Qarabağ müharibəsi Mart hadisələri |
| Təltifləri |
|
Novruz Qurbanov (2 iyun 1975, Göycəli, Qazax rayonu – 1995, Bakı) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.
Həyatı
[redaktə | vikimətni redaktə et]1975-ci il 2 iyun tarixində Ağstafa rayonunun Göycəli (Yuxarı Göycəli) kəndində anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.
Döyüşlərdə iştirakı
[redaktə | vikimətni redaktə et]"N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu.
Ailəsi
[redaktə | vikimətni redaktə et]Subay idi.
Milli Qəhrəman
[redaktə | vikimətni redaktə et]Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir.
Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir.
Göycəli kəndində büstü qoyulmuşdur.
Ədəbiyyat
[redaktə | vikimətni redaktə et]- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 178.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 2 iyunda doğulanlar
- 1975-ci ildə doğulanlar
- 19 yaşında vəfat edənlər
- 17 martda vəfat edənlər
- 1995-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- Azərbaycanın Milli Qəhrəmanları
- Əlifba sırasına görə hərbi xadimlər
- Qazax rayonunda doğulanlar
- Bakıda vəfat edənlər
- Ağstafada doğulanlar
- Birinci Qarabağ müharibəsi iştirakçıları
