close
Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 214.210 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
BERJAYA
"Con Hokvudun qəbirüstü abidəsi" — İtaliya rəssamı Paolo Uççello tərəfindən çəkilmiş freska. Əsər ingilis kondotyeri Con Hokvudun xatirəsinə həsr olunmuş və 1436-cı ildə Florensiya kafedralı üçün sifariş edilmişdir. Freska, İtaliya yarımadasında döyüşmüş muzdlu hərbçinin xatirəsini anan nadir sənət nümunələrindən biri olmaqla yanaşı, perspektiv anlayışının inkişafında mühüm mərhələ hesab olunur. Freskanın sifarişi və sonradan yenidən sifariş edilməsi ilə bağlı siyasi kontekst tarixçilər tərəfindən geniş şəkildə araşdırılmış və müzakirə edilmişdir. Əsər tez-tez Florensiyanın xarici mənşəli bir muzdlu döyüşçünü şəhər qəhrəmanı kimi təqdim etməsi səbəbilə "Florensiya təbliğatı" nümunəsi kimi qiymətləndirilir. Bu yanaşma eyni zamanda digər kondotyerlərə Florensiyaya xidmət etməyin mümkün mükafatlarını vəd edən simvolik bir mesaj kimi də şərh olunur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
BERJAYA
Kəmaləddin BehzadTeymuriSəfəvi dövrlərində yaşamış rəssam. O, Heratdan (indiki Əfqanıstan) çıxmış və İran miniatür sənətinin inkişafında mühüm rol oynamışdır. Behzad həmçinin, Herat miniatür məktəbinin və bütün Şərqin ən böyük ustadlarından biri kimi tanınmışdır. O, Teymuri dövlətinin son onilliklərində, xüsusilə də Teymuri intibahı dövründə Hüseyn Bayqaranın (hakimiyyəti: 1470–1506-cı illər) sarayında fəaliyyət göstərmişdir. Behzad daha sonralar Səfəvilərin xidmətinə keçmiş və Təbrizdə padşaha məxsus atelyelərdə çalışmışdır. Mənbələrə görə, Behzad Herat Akademiyasında kitabdar vəzifəsini icra etmiş və Herat şəhərindəki Kral Kitabxanasında mühüm mövqedə olmuşdur.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
BERJAYA
O — rejissor və ssenarist Spayk Consun romantik dramelmi fantastika janrında 2013-cü ildə çəkdiyi ABŞ filmidir. Filmin musiqisi Arcade Fire qrupunun üzvləri Uill Batler və Ouen Pallett tərəfindən yazılıb. Filmin operatoru Hoyte van Hoytemadır. Film Spayk Consun ssenari müəllifi kimi debüt işidir. Baş rollarında Xoakin Feniks, Skarlet Yohansson, Emi Adams, Runi Mara və Oliviya Vayldın çəkildiyi film — Feniksin canlandırdığı Teodor Tuomblinin, Yohanssonun səsləndirdiyi Samanta adlı süni zəkaya malik əməliyyat sisteminə aşiq olmasından və cütlük arasında yaşanan münasibətdən bəhs edir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli