close
Məzmuna keç

Relyef forması

Vikipediya, azad ensiklopediya

Relyef forması və ya yerüstü formaYer və ya digər planetar cisimlərin bərk səthinin təbii və ya süni xüsusiyyəti. Relyef formaları birlikdə müəyyən bir ərazini (landşaftı) əmələ gətirir və bu formaların məkandakı düzülüşü topoqrafiya kimi tanınır.[1]

Relyef formaları arasında təpələr, dağlar, düzənliklər, yaylalar, kanyonlarvadilərlə yanaşı, okean ortası tirələr, vulkanlar və böyük okean hövzələri kimi sualtı relyef elementləri, həmçinin körfəzlər, yarımadalardənizlər kimi sahil xətti xüsusiyyətləri də mövcuddur.[2]

Relyef formaları həm ekzogen (xarici), həm də endogen (daxili) qüvvələrin təsiri altında formalaşır. Tektonika, eroziyadenudasiya bu formaların yaranmasında və dəyişməsində əsas rol oynayan proseslərdir.[3]

Relyefin təsvir üsulları

[redaktə | vikimətni redaktə et]

Relyefin təsvir üsulu yer səthinin relyefi haqqında aydın məkan təsəvvürü yaratmalı, yamacların istiqamətini və dikliyini, ayrı-ayrı nöqtələrin hündürlüklərini etibarlı şəkildə müəyyən etməyə və müxtəlif mühəndis məsələlərini həll etməyə imkan verməlidir.[4]

Geodeziyakartoqrafiya elminin inkişafı dövründə topoqrafik xəritələrdə relyefin təsviri üçün bir neçə üsul işlənib hazırlanmışdır:

  1. Yuma (rəngləmə) üsulu: Relyefin plastik, yarımtonlu təsviridir. Kölgələrin salınması vasitəsilə relyefə həcm verilir. Adətən işıq mənbəyinin xəritənin yuxarı sol küncündə olduğu yan işıqlandırma prinsipi tətbiq olunur.
  2. Ştrixləmə üsulu: Bu üsuldan XIX əsrin bir çox qravürlərində istifadə edilmişdir. Ştrixlərin qalınlığı və onlar arasındakı məsafə yamacların dikliyindən asılı olaraq dəyişir. Diklik artdıqca ştrixlər daha sıx və qalın çəkilir.[5]
  3. Nöqtələr (hündürlük rəqəmləri) üsulu: Bu zaman xəritədə yer səthinin ayrı-ayrı nöqtələrinin mütləq hündürlükləri rəqəmlərlə qeyd olunur.
  4. Horizontallar (izohiplər) üsulu: Relyefin eyni hündürlüyə malik nöqtələrini birləşdirən qapalı xətlər vasitəsilə təsviridir. Müasir topoqrafiyanın ən dəqiq üsuludur.[6]
  5. Laylı rəngləmə üsulu: Bu üsul daha çox kiçikmiqyaslı (ümumcoğrafi) xəritələrdə tətbiq olunur. Yer səthi hündürlük şkalasına müvafiq olaraq qəhvəyi rəngin tonları ilə göstərilir: hündürlük artdıqca rəng tündləşir. Dəniz dərinlikləri isə mavi və ya yaşıl rənglərlə verilir: dərinlik artdıqca rəng tündləşir.

Hazırda topoqrafik xəritələrdə horizontallar üsulu nöqtələr üsulu ilə birlikdə tətbiq edilir. Qaydaya görə, xəritənin hər kvadrat desimetrində ən azı beş nöqtənin hündürlük göstəricisi qeyd olunmalıdır.[7]

  1. Grotzinger, John P.; Jordan, Thomas H. Understanding Earth (7th). W. H. Freeman. 2014. ISBN 978-1464138744.
  2. Summerfield, Michael A. Global Geomorphology. Routledge. 1991. ISBN 978-0582301566.
  3. Wichmann, Volker. "Geomorphometry: Concepts, Software, Applications". Lecture Notes in Geoinformation and Cartography. 2009. doi:10.1016/j.geomorph.2010.10.035.
  4. Campbell, John. Map Use and Analysis. McGraw-Hill Education. 2001. ISBN 978-0072444025.
  5. Robinson, Arthur H.; Morrison, Joel L. Elements of Cartography (6th). Wiley. 1995. ISBN 978-0471555797.
  6. Maling, D.H. Measurements from Maps: Principles and Methods of Cartometry. Pergamon Press. 1989. ISBN 978-0080302904.
  7. Robinson, 1995. səh. 482

Əlavə ədəbiyyat siyahısı

[redaktə | vikimətni redaktə et]
  • Hargitai et al. (2015). "Classification and Characterization of Planetary Landforms". In: Hargitai H. (ed.). Encyclopedia of Planetary Landforms. Springer. DOI 10.1007/978-1-4614-3134-3
  • Page D. (2015). "The Geology of Planetary Landforms". In: Hargitai H. (ed.). Encyclopedia of Planetary Landforms. Springer.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]