close
Məzmuna keç

Milton Qleyzer

Vikipediya, azad ensiklopediya
Milton Qleyzer
ing. Milton Glaser
BERJAYA
Doğum tarixi 26 iyun 1929(1929-06-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 iyun 2020(2020-06-26)[3][4][…] (91 yaşında)
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d][5], insult[5]
Fəaliyyəti qrafik dizayner
Mükafatları ABŞ-nin incəsənət sahəsində milli medalı
miltonglaser.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Milton Qleyzer (ing. Milton Glaser; 26 iyun 1929[1][2][…], Bronks, Nyu-York ştatı[3]26 iyun 2020[3][4][…], Manhetten, Nyu-York ştatı[3]) — Amerikalı qrafik dizayner, "New York Magazine" jurnalının yaradıcısı, Bob DilanınNyu-Yorkun simvolu olan "I Love New York" (I ♥ NY) loqosunun təsvir olunduğu posterin müəllifi.[6]

Milton Qleyzer Nyu-York şəhərində macar əsilli yəhudi ailəsində anadan olub. On yeddi yaşında nəhayət rəssam olmaq qərarına gəlib. O, Manhetten Musiqi və İncəsənət Məktəbinə daxil olub, sonra Nyu-York şəhərindəki özəl Kuper Yunion Kollecini və Bolonyadakı İncəsənət Akademiyasını (Corcio Morandinin sinfi) bitirib.[7]

1954-cü ildə "Push Pin Studios"un qurucularından biri olmuş və burada ənənəvi dizayn qaydalarına meydan oxuyaraq eksperimental və innovativ üslublar yaratmışdır.

Milton Qleyzer ən məşhur əsərlərindən biri 1977-ci ildə dizayn etdiyi "I ♥ NY" loqosudur. Bu loqo Nyu-York şəhərini tanıtmaq üçün yaradılmış və qlobal miqyasda geniş tanınmışdır. O, həmçinin Bob Dilanınn albom posteri, "New York Magazine"nin həmtəsisçiliyi və müxtəlif kitab dizaynları ilə də məşhurdur.[8][9]

1961-ci ildən Qleyzer universitetlərdə (məsələn, Amerika Qrafik Sənətlər İnstitutunda) dərs deyib və mühazirə oxuyub, Kuper Yunion Kollecinin direktorlar şurasında çalışıb, Nyu-Yorkdakı Vizual İncəsənət Məktəbinin idarə heyətinin üzvü olub və dizayn, incəsənət, dizayn peşəsi və yaradıcılıq prosesi haqqında çoxsaylı esselər dərc edib. O, qrafik dizayn tədris proqramının müəllifidir.[10]

2004-cü ildə Qleyzer müasir dizaynın inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə Milli Dizayn Muzeyindən mükafat alıb. 2009-cu ildə Barak Obama Ağ Evdə keçirilən mərasimdə ona görkəmli nailiyyətlərinə və incəsənətə dəstəyinə görə Milli İncəsənət Medalı təqdim edib.

Milton Qleyzerə məxsus məşhur loqolar

[redaktə | vikimətni redaktə et]
  1. 1 2 Milton Glaser // Benezit Dictionary of Artists (ing.). OUP, 2006. ISBN 978-0-19-977378-7
  2. 1 2 Milton Glaser // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 5 6 Grimes W. Milton Glaser, Master Designer of ‘I ♥ NY’ Logo, Is Dead at 91 (ing.). The New York Times, 2020.
  4. 1 2 abART.
  5. 1 2 Milton Glaser, Co-Founder of New York Magazine and Creator of ‘I❤NY,’ Dies at 91.
  6. Leland, John. "The Master Designer: Milton Glaser Still Hearts New York". The New York Times. 29 iyul 2016. 26 may 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2019.
  7. McGookin, Steve. "Fifty Years Of Loss". en:Forbes. 28 sentyabr 2007. 18 noyabr 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 aprel 2008.
  8. "Milton Glaser. I ♥ NY concept sketch. 1976". en:Museum of Modern Art. 5 dekabr 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 oktyabr 2025.
  9. "Milton Glaser. Dylan. 1966". en:Museum of Modern Art. İstifadə tarixi: 16 oktyabr 2025.
  10. "SVA Archive : Printed material : Columbia Records. Bob Dylan [MG.04.1797]". archives.sva.edu. İstifadə tarixi: 20 oktyabr 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]