close
Məzmuna keç

Həfsə bint Sirin

Vikipediya, azad ensiklopediya
Həfsə bint Sirin
ərəb. حفصة بنت سيرين
BERJAYA
Doğum tarixi 651(0651)
Doğum yeri
Vəfat tarixi 719(0719) (67–68 yaşında)
Elm sahələri hədis, fiqh
Elmi rəhbəri Ümmü Ətiyyə əl-Ənsariyyə

Ümmül-Hüzeyl Həfsə bint Sirin əl-Ənsariyyə (ərəb. حفصة بنت سيرين; 651, Bəsrə719) — tabiin nəslinə mənsub xanım fəqih[1] və mühəddis. O, Məhəmməd ibn Sirinin bacısıdır.[2]

O, hicri I (VII) əsrdə Bəsrədə yaşamışdır. Mənbələrdə onun fiqh, hədis və təfsir sahələri ilə maraqlandığı qeyd olunmuşdur. O, fiqh elmini Mədinədən Bəsrəyə gəlmiş, Ümmü Ətiyyə əl-Ənsariyyədən öyrənmişdir. Hədis sahəsində İyas ibn Müaviyə ilə Hişam ibn Həssan onu tərifləmişlər.[3] O, həmçinin Ənəs ibn Malikdən hədis rəvayət etmişdir. Ondan isə Əyyub Sixtiyani və başqaları hədis rəvayət ediblər.[1]

  1. 1 2 "حفصة بنت سيرين". The Hadith Transmitters Encyclopedia. Archived from the original on 2021-10-19. İstifadə tarixi: 11.09.2025.
  2. "حفصة بنت سيرين". المكتبة الشاملة. 11.09.2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.09.2025.
  3. Barlas, Hatice. "Hafsa bint Sîrîn ve rivâyetlerinin değerlendirilmesi". bayburt.edu.tr. 2022. Archived from the original on 2025-06-21. İstifadə tarixi: 11.09.2025.