close
Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 215.827 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
BERJAYA
Mstislav ÇernovUkrayna rejissoru, hərbi müxbiri, videoqrafı, fotoqrafı, fotojurnalisti və yazıçısı. O, xüsusilə Rusiya–Ukrayna müharibəsi zamanı çəkdiyi reportajlar və sənədli filmlərlə beynəlxalq səviyyədə tanınmışdır. Çernov uzun müddət beynəlxalq media qurumları ilə əməkdaşlıq etmiş, münaqişə zonalarından hazırladığı materiallarla diqqət çəkmişdir.

Çernovun ən məşhur işi 2024-cü ildə "Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatı qazanan "Mariupolda 20 gün" filmi olmuşdur. Film 2022-ci ildə Mariupol şəhərində baş verən hadisələri və mühasirə şəraitindəki humanitar böhranı əks etdirir. Bu əsər həm beynəlxalq kino ictimaiyyəti, həm də siyasi dairələr tərəfindən geniş rezonans doğurmuşdur.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
BERJAYA
Hitman Go — "Square Enix Montréal" studiyası tərəfindən hazırlanmış və "Square Enix"in Avropa bölməsi tərəfindən nəşr edilmiş növbə əsaslı pazl videooyunu. Oyun 2014-cü ilin fevral ayında elan edilmişdir. Onun iOS versiyası 2014-cü ilin aprel ayında, "Android" versiyası isə 2014-cü ilin iyun ayında buraxılmışdır. "Windows" və "Windows Phone" üçün versiyalar növbəti il — 2015-ci ilin aprel ayında yayımlanmışdır. 2016-cı ilin fevral ayında oyunun "Definitive Edition" adlı versiyası "PlayStation 4", "PlayStation Vita", həmçinin "Linux" və "Windows" platformaları üçün "Steam" vasitəsilə satışa çıxarılmışdır. Oyun 2011-ci ildə yaradılmış "Square Enix Montréal" studiyasının hazırladığı ilk layihə olmuşdur. İstehsal prosesinə 2013-cü ildə tam miqyaslı şəkildə başlanmış və "Unity" oyun mühərrikindən istifadə edən on bir nəfərlik komanda tərəfindən tamamlanmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
BERJAYA
Macarıstan forintinin sikkələri — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli