Krım estonları — Krım ərazisində məskunlaşmış etnik estonlar. Krım müharibəsindən sonra Krım tatarlarının kütləvi şəkildə Osmanlı imperiyasına köçməsi nəticəsində yarımadada yerləşən bir çox kənd boşalmışdır. Estoniyalı kəndlilərin əksəriyyətinin ağır iqtisadi vəziyyətdə olması onların bir qisminin Krıma köçmək qərarına gəlməsinə səbəb olmuşdur. Eston mühacirlər ilkin dövrlərdə lüteranlıqdan ayrılmış bir cərəyan olan maltsvetianlığa mənsub olmuşdular, lakin maddi rifahın yüksəlməsi və digər Krım sakinləri arasında qazanılan nüfuz onları yenidən ortodoks lüteranlığına qaytarmışdır.
Lara Croft Go — 2015-ci ildə "Square Enix Montréal" studiyası tərəfindən istehsal edilmiş və "Square Enix"in Avropa bölməsi tərəfindən nəşr edilmiş növbə əsaslı pazl videooyunu. "Tomb Raider" seriyasının yan qolu olan bu oyunda oyunçu Lara Kroftu lövhə-oyunu formasında hazırlanmış pazl məkanında hərəkət etdirməli, maneələrdən yayınmalı və ətraf mühiti idarə etməlidir. İstehsalçılar seriyanın əsas motivlərini, məsələn, üzərinə yuvarlanan qayanı izləmə səhnələri və reaksiyaya əsaslanan oyun mexanikasını "Lara Croft Go"nun vaxtdan asılı olmayan oyun quruluşuna uyğunlaşdırmışdır. Oyun studiyanın "Square Enix Europe" kataloquna daxil olan digər bir franşiza əsasında hazırlanan, 2014-cü ildə satışa çıxarılmış "Hitman Go" oyununun mənəvi varisi kimi inkişaf etdirilmişdir. Bu, 2015-ci ilin avqust ayında "Android", iOS, "Windows" və "Windows Phone" üçün buraxılmışdır. "PlayStation 4", "PlayStation Vita" və "Steam" üçün versiyalar 2016-cı ilin dekabr ayında yayımlanmışdır.
Ronald Reyqanın filmoqrafiyası — 28 illik aktyorluq karyerası (1937-ci ildən 1965-ci ilə qədər) boyunca çəkildiyi filmlər və televiziya işləri daxildir. Onun radio, kino və televiziya sahəsində karyerası 33 il davam edib. Ronald Reyqan İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və burada müxtəlif müharibə mövzulu filmlərin yaradılmasında iştirak edib. 1947–1959-cu illərdə altı dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilib. 1950-ci illərin ortalarında Reyqan filmlərdə daha az rol ifa etməyə, televiziyada dah çox görünməyə başladı. Səkkiz il ərzində o, CBS, NBC və ABC kanallarında bir sıra proqramlarda iştirak və çıxış edib. 1957-ci ildə Qızıl Qlobus mükafatına layiq görülən Reyqanın şərəfinə 9 fevral 1960-cı ildə Hollivudun Şöhrət xiyabanında ulduz həkk edildi. 1965-ci ildə Reyqan aktyorluq karyerasını bitirərək siyasətə girişdi.
Venesuelada baş verən 7,2 və 7,5 maqnitudalı iki ardıcıl zəlzələ(şəkildə) nəticəsində 3600-dən artıq insan həlak olub, 16700-dən artıq insan yaralanıb, on minlərlə insan itkin düşüb.
Argentinada gölün içərisində yerləşən El-Oxo(şəkildə) adası unikal şəkildə dairəvi formadadır və adanın göl içərisində hərəkəti müxtəlif istiqamətlərə baxan göz bəbəyini xatırladır.
2017-ci ildə SoloTürk pilotları eniş sürəti 300 kilometr/saat təşkil etməli olan "F-16" təyyarəsini 180 km/saat sürətində uçuraraq "ən yavaş uçuş" rekordunu qırmışdırlar.
Tarixdəbugün
21 iyul: Quamda azadlıq günü, dünyada ilk qadın baş nazir
"Harri Potter və Ölüm Hədiyyələri" əsəri