Frida Bokkara
| Frida Bokkara | |
|---|---|
| fr. Frida Boccara | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum adı | Danielle Frida Hélène Boccara |
| Doğum tarixi | 29 oktyabr 1940[1] |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1 avqust 1996[2][1][…] (55 yaşında) |
| Vəfat yeri | |
| Vəfat səbəbi | tənəffüs yolları xəstəliyi[d] |
| Dəfn yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni |
| Fəaliyyət illəri | 1959–1996 |
| Janr | şanson |
| Səs tembri | kontralto |
| Albom şirkəti | Universal Music Group |
| Mükafatları |
|
| yvettes.blog4ever.com/bl… | |
Frida Bokkara əsl adı Daniella Frida Elena Bokkara (fr. Frida Boccara, Danielle Frida Hélène Boccara; 29 oktyabr 1940[1], Kasablanka, Mərakeşdəki Fransa protektoratı[d] – 1 avqust 1996[2][1][…], Parisin 20-ci dairəsi[d], Paris, Fransa) — Fransa müğənnisi. O, "Un jour, un enfant" mahnısı ilə 1969-cu il Avroviziya Mahnı Müsabiqəsinin dörd qalibindən biri olub.
Həyatı
[redaktə | vikimətni redaktə et]Frida Bokkara 29 oktyabr 1940-cı ildə Mərakeşin Kasablanka şəhərində, Mərakeşdə məskunlaşmazdan əvvəl Tunisdə yaşamış İtaliya mənşəli yəhudi ailəsində anadan olub. 17 yaşı olanda Kasablankadan Paris şəhərinə köçüb və sonradan burada müğənni kimi bədii karyerasına başlayıb. Bokaranın şou-bizneslə məşğul olan bir qardaşı və bir bacısı da var idi — bəstəkarlar Jan-Mişel Brak (əsl adı Rojer Bokara) və Lina Bokara. Onun 1970-ci illərin ortalarında doğulmuş oğlu Tristan Bokara da müğənni olub və "Goldinski" səhnə adı ilə tanınıb (o, həmçinin bəstəkar, pianoçu və aranjimançıdır).[4]
Karyerası
[redaktə | vikimətni redaktə et]1964-cü ildə Bokara "Autrefois" ("Keçmişdə") mahnısını Fransanın Avroviziya Mahnı Müsabiqəsi üçün seçim komissiyasına təqdim etsə də, uğur qazana bilməyib. Beş il sonra, İspaniyanın Madrid şəhərində keçirilən 1969-cu il Avroviziya Mahnı Müsabiqəsində musiqisi Emil Sternə, sözləri Eddi Marneyə məxsus olan "Un jour, un enfant" ("Bir gün, bir uşaq") mahnısı ilə Fransanı təmsil edib. Onun ifa etdiyi mahnı Niderland, Böyük Britaniya və İspaniyadan olan iştirakçılarla birlikdə birinci yeri bölüşdürüb. Bu, müsabiqə tarixində birdən çox ölkənin qalib elan edildiyi ilk və sonuncu hal olub.[5]
Mahnı müəllifi Eddi Marney onun peşəkar tərəfdaşı olub (Bokaranın ifa etdiyi mahnıların çoxu onun tərəfindən yazılıb), lakin o, həmçinin Jak Brel, Jorj Brassens, Şarl Aznavur, Emil Stern, Mişel Leqran, Mişel Man, Nino Rota və Mikis Teodorakis tərəfindən bəstələnmiş mahnıları da ifa edib.[6]
1968-ci ildə yazdırılan "Cent mille chansons" ("Yüz min mahnı") ona "Qızıl disk" qazandırıb, "Un jour, un enfant" (1969) mahnısı "Platin disk", "Pour vivre ensemble" ("Birlikdə yaşamaq üçün", 1971) mahnısı isə ona daha bir "Qızıl disk" gətirib. Onun digər məşhur mahnıları sırasına "Cherbourg avait raison" (1961), "Aujourd'hui" (1965), "Les moulins de mon cœur" (1969), "L'enfant aux cymbales" (1969), "Belle du Luxembourg" (1969), "La croix, l'étoile et le croissant" (1970), "Venise va mourir" (1970), "Trop jeune ou trop vieux" (1971), "Valdemosa" (1976), "L'année où Piccoli jouait Le choses de la vie" (1978), "Un monde en sarabande" (1979) və "La prière" (1979) daxildir. 1960-cı illərin sonlarında o, həmçinin "West Side Story" ("Uest sayd hekayəsi") müziklındakı "Somewhere" mahnısının fransızca versiyası olan "Un pays pour nous" mahnısını yazdırıb. Orijinal melodiyanın müəllifi Leonard Bernstayn Bokaranın versiyasının onun ən çox bəyəndiyi variant olduğunu elan edib.[7][8]
Bokara 1980-ci ildə "Un enfant de France" mahnısı ilə və 1981-ci ildə "Voilà comment je t'aime" mahnısı ilə Fransanın milli seçimlərində iştirak edərək Avroviziya ilə əlaqələrini yenidən canlandırmağa çalışıb. Lakin hər iki mahnı müsabiqə üçün seçilməyib. O, səhhətinin pisləşməsindən sonra, 1996-cı ildə Fransanın Paris şəhərində, 55 yaşında ciyər infeksiyasından vəfat edib.
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]
- 1959: "Baccara 9" n° 17 (VA compilation, EP)—Mes frères/La chanson d'Orphée
- 1960: L'orgue des amoureux/Le doux caboulot (super 45 RPM, Festival)
- 1960: Verte campagne/Quand la valse est là/Le grand amour/Depuis ce temps-là (super 45 RPM, Festival)
- 1961: La Seine à Paris/Les amours du samedi/Les Bohémiens/Jenny (super 45 RPM)
- 1961: On n'a pas tous les jours 20 ans/Berceuse tendre/Les nuits/Les yeux de maman (super 45 RPM, Totem)
- 1961: Cherbourg avait raison/Comme un feu/Un jeu dangereux/Tiens, c'est Paris (super 45 RPM, Festival)
- 1962: Les trois mots/Aujourd'hui je fais la fête/Je veux chanter/Je ne peux plus attendre (super 45 RPM, Festival)
- 1962: Le ciel du port/Les portes de l'amour/Ballade pour un poète/D'abord je n'ai vu (super 45 RPM, Festival)
- 1962: Un premier amour/Bruxelles/L'homme de lumière/Les Pas (super 45 RPM, Festival)
- 1962: Java des beaux dimanches/Les Javas/Rose de sang/Quien sabe (Qui peut savoir) (super 45 RPM, Festival)
- 1963: Moi je n'avais pas compris/J'ai peur de trop t'aimer/On les a attendus/Rien a changé (super 45 RPM, Festival)
- 1963: Souviens-toi des Noëls de là-bas/Donna/Johnny Guitar/Ballade pour notre amour (super 45 RPM, Festival)
- 1964: Autrefois/Chaud dans mon cœur/Le souffle de ma vie/Je suis perdue (super 45 RPM, Festival)
- 1965: Tous les enfants/Aujourd'hui/Plus jamais/Un jour (super 45 RPM, Festival)
- 1967: Frida Boccara (1961–1965 compilation, 33 RPM, MusiDisc)
- 1969: Un jour, un enfant (33 RPM, Philips)
- 1969: Les vertes collines (33 RPM, Philips, only released in Brazil)
- 1970: Au pays de l'arbre blanc (33 RPM, Philips)
- 1971: Pour vivre ensemble (33 RPM, Philips)
- 1971: Place des Arts 71 (live in Montreal, double 33 RPM, Philips, reissued in CD format in 2006 only in Canada)
- 1971: So ist das Leben/Er wird dir dankbar sein (45 RPM, Polydor, only released in Germany)
- 1972: Rossini et Beaumarchais (33 RPM, Philips)
- 1972: Greatest Hits (compilation, 33 RPM, Philips, only released in the Netherlands)
- 1974: Je me souviens ("Mia malinconia" and "Je me souviens", instrumental version, from en:Amarcord by en:Federico Fellini, 45 RPM, Deram)
- 1975: Oriundi (33 RPM, London)
- 1976: Valdemosa – Oublier (33 RPM, Philips)
- 1978: An Evening With Frida Boccara (live at en:Dallas Brooks Hall, Melbourne, 2 LP, Philips)
- 1978: L'année où Piccoli jouait "Les choses de la vie" (33 RPM, Philips)
- 1979: Un monde en sarabande (33 RPM, Philips)
- 1980: Un enfant de France/Écrit dans la pierre (45 RPM, Philips)
- 1983: Dis-leur/Aime-moi (45 RPM, Kébec-Disc in Canada and Ariola in France)
- 1984: Cent mille chansons, Série grandes vedettes (33 RPM compilation, Philips)
- 1988: Témoin de mon amour (33 RPM, Productions Guy Cloutier, only released in Canada)
- 1989: Expression (CD compilation, Polygram, 23 tracks)
- 1993: Master série (CD compilation, Polygram, 16 tracks, only released in Québec)
- 1994: Un jour, un enfant (CD compilation, Spectrum Music / Karussell France)
- 1997: Frida Boccara (CD compilation, Podis / Polygram France, 23 tracks)
- 1999: Un jour on vit (CD, Disques Yvon Chateigner)
- 1999: Ses premiers succès (CD compilation, Disques Yvon Chateigner)
- 2003: Canta en español (CD compilation, Divucsa Music SA, only released in Spain)
- 2005: Live Place-des-Arts de Montréal (CD, XXI-21 / Universal Canada, only released in Canada)
- 2006: Un sourire au-delà du ciel (CD, Édina Music – Nocturne)
- 2007: La grande Frida Boccara, l'ultime compilation (CD compilation, XXI-21 / Universal Canada, 25 tracks, only released in Canada)
- 2008: Un enfant de France (CD, Édina Music – Nocturne)
- 2010: Les grandes années – 1972–1988 (three-CD box set, Marianne Mélodie)
- 2010: Collection chanson française (CD compilation, Disques Mercury)
İstinadlar
[redaktə | vikimətni redaktə et]- 1 2 3 4 Frida Boccara // Dutch Top 40.
- 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ https://www.landrucimetieres.fr/spip/spip.php?article1842.
- ↑ "Marianne Melodie". 19 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2012.
- ↑ "Rue de La Gaîté Emission 29.03.1961". 6 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2011.
- ↑ "1961: Coq d'Or de la Chanson Française pour «Cherbourg Avait Raison» interprétée par Frida Boccara". 26 mart 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2011.
- ↑ "Bałtycka Agencja Artystyczna BART. Nagrody SF '64". 4 yanvar 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 aprel 2012.
- ↑ "Международный фестиваль польской песни «Сопот»". 19 yanvar 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 may 2011.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Frida Bokkara ilə əlaqəli mediafayllar var.- Frida Bokkara — IMDb səhifəsi
- The Biography of Frida Boccara at "Blog Officiel de Frida Boccara" (fr.)
- Blog Officiel de Frida Boccara (fr.)
- The Discography of Frida Boccara at Encyclopédisque (fr.)
- The Discography of Frida Boccara (fr.)
- The Discography of Frida Boccara at Discogs.com
- Spanish Discography of Frida Boccara[daimi ölü keçid]
- The Grave of Frida Boccara: Cimetière parisien de Bagneux – 63ème division (fr.)
- Site officiel d'Eddy Marnay
- La Fabuleuse Historie de La "Rose d'Or" (fr.)
